“Qarabağ” dünya klublarının reytinqində 8 pillə GERİLƏDİ 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” dünya klublarının reytinqində 8 pillə GERİLƏDİ 

İdman

10 Oktyabr 2024 10:58 773


"Qarabağ" dünya klublarının reytinq siyasında 8 pillə geriləyib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) rəsmi saytında məlumat yayıb. 

Azərbaycan çempionu 174,75 xalla 60-cı sırada qərarlaşıb. Ölkənin digər təmsilçilərindən "Zirə" (95,75 xal) 10 mövqe irəliləyərək 201-ci olub. 17 pillə artıran "Sabah" isə 411-cidir.  pizza

503 klubun olduğu siyahıda "Neftçi" yer almayıb. 

Qeyd edək ki, İspaniyanın "Real" komandası (420 xal) liderdir. İngiltərənin "Mançester Siti" klubu (364 xal) ikinci, Almaniya təmsilçisi "Bayer 04" (362 xal) üçüncüdür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!