“Qarabağ“ ən bahalı futbolçusunu satmaq istəyir   - Səbəb

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ ən bahalı futbolçusunu satmaq istəyir - Səbəb

İdman

02 Yanvar 2021 19:29 1196


"Qarabağ" Xayme Romero ilə vidalaşmağa hazırdır.

Yenisabah.az xəbər verir ki, Ağdam təmsilçisi onun cari mövsüm sərgilədiyi performansdan narazıdır.

Qurban Qurbanov 2019-cu ildən sərəncamında olan ispaniyalı legionerdən əlini üzüb. Yarımmüdafiəçinin zədəyə meylli olması, gec forma yığması və aldığı məvacib baş məşqçinin qərarına təsir göstərib. Dördpendirli pizza

Azərbaycan çempionu ən yüksək ödənişli futbolçusunu bu qış fasiləsində də yola salmağa razıdır. Bunun üçün 30 yaşlı Romeroya təklif gəlməsi lazımdır, ancaq hələlik real müştəri ortalığa çıxmayıb.

Vaxtilə Madrid «Real»ının formasını geyinmiş, «Qarabağ»a isə «Kordoba»dan gəlmiş orta sahə oyunçusunun müqaviləsinin 3 illik olmasını xatıradaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!