“Qarabağı Azərbaycana qatmaq üçün iqtidara gəliblər“ - Eks-ombudsman

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağı Azərbaycana qatmaq üçün iqtidara gəliblər“ - Eks-ombudsman

Rəsmi

25 İyul 2022 20:28 1441


"Bu hakimiyyət yalnız Qarabağı Azərbaycanın tərkibinə qatmaq və Ermənistanı Türkiyənin vassalı etmək üçün iqtidara gəlib".

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistanın keçmiş ombudsmanı Larisa Alaverdyan deyib.

O iddia edib: "Onların məqsədi Türkiyənin regionda mövqelərini gücləndirməkdir. Beləliklə, Rusiyaya qarşı çıxacaqlar. Burada nə Ermənistanın, nə erməni xalqının maraqları, nə də konkret bir şəxsin insan haqları var. Mütləq şəkildə”. pizza hut

Sabiq ombudsmanın sözlərinə görə, konstitusiya quruluşuna, eləcə də mövcud qanunvericiliyə hər hansı əməl olunmadan söhbət belə gedə bilməz.

“Bu hakimiyyət qondarma beynəlxalq ictimaiyyətdən kart-blanş alaraq nəinki Ermənistan qanunvericiliyini və Konstitusiyasını pozur, həm də beynəlxalq normalara qarşı çıxır”, - deyə Larisa Alaverdyan qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!