“Qarabağ”ı ciddi rəqib hesab edirik - “Bayer”in icraçı direktoru

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ı ciddi rəqib hesab edirik - “Bayer”in icraçı direktoru

İdman

02 Sentyabr 2023 13:47 561


"Məqsədimiz qrupun qalibi olmaqdır". 

Yenisabah.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyanın “Bayer” klubunun icraçı direktoru Fernando Karro yerli mətbuata açıqlamasında deyib. 

Püşkatmanın nəticəsini şərh edən Leverkuzen təmsilçisinin rəsmisi qrupdakı komandalara hörmətlə yanaşdıqlarını bildirib: “Maraqlı rəqiblərlə oynamağı səbirsizliklə gözləyirik. “Qarabağ”, “Molde” və ”Haken” öz ölkələrinin son çempionudur. Buna görə də onları ciddi rəqib kimi qəbul edirik. Ötən mövsüm Avropa Liqasının yarımfinalınadək irəlilədik. Bu həvəs bizi daha çox ruhlandırır. İddialıyıq və hər şeyi ötənilki təcrübə ilə edəcəyik”.  Toyuqlu pizza

Qeyd edək ki, H qrupunda yer alan “Qarabağ” “Bayer”ə qarşı oyunlarını oktyabrın 26-da səfərdə, noyabrın 9-da isə evdə keçirəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!