“Qarabağ“ı ilk dəqiqədən narahat etməyə çalışacağıq“   - “Linkoln“un futbolçusu

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ı ilk dəqiqədən narahat etməyə çalışacağıq“ - “Linkoln“un futbolçusu

İdman

07 İyul 2023 12:11 1241


Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Linkol"un futbolçusu Qarsiya Santana Ağdam klubu haqda danışıb. 

Yenisabah.az xəbər verir ki, ispaniyalı qapıçı klubun rəsmi saytına açıqlamasında çətin rəqiblə düşdüklərini, "Qarabağ"la görüşü səbirsizliklə gözlədiklərini deyib: 

"Bilirik ki, püşkatmada bizə çətin rəqib düşdü. "Qarabağ" son illərdə Avropada çox yaxşı mübarizə aparır. Amma futbolda hər şey ola bilər; Çalışacağıq ki, rəqibi elə ilk dəqiqədən narahat edək. Biz hazırıq və çərşənbə axşamını səbirsizliklə gözləyirik".  Pepperoni pizza

Qeyd edək ki, "Qarabağ" Cəbəllütariq klubuna qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!