“Qarabağ”ı özlərinin “qorxulu siyahı”sına saldılar - Rumınlar narahatdır

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ı özlərinin “qorxulu siyahı”sına saldılar - Rumınlar narahatdır

İdman

01 May 2024 15:58 393


Rumıniya mətbuatı ölkə çempionu FCSB-nin Çempionlar Liqasında potensial rəqibləri haqqında yazısında “Qarabağ”a da toxunub. 

Yenisabah.az xəbər verir ki, “Digi Sport” nəşrinin hazırladığı siyahıda Ağdam klubu arzuolunmaz rəqib kimi göstərilib. 

Buxarest təmsilçisi ÇL-in 1-ci təsnifat mərhələsini keçsə, 2-ci turda “Qarabağ”a rəqib ola bilər.  pizza mizza

Rumınlar paytaxt klubunun təsnifat mərhələləri və pley-offdakı ən çətin hesab etdikləri rəqiblərdən ibarət “Qorxulu siyahı” hazırlayıb. Bu siyahıda “Qarabağ”la yanaşı, “Ordabası”, “Slaviya” və “Qalatasaray” da yer alıb. 

“Qorxulu siyahı” 

1-ci tur: “Ordabası” (Qazaxıstan)

2-ci tur: “Qarabağ” (Azərbaycan)

3-cü tur: “Slaviya” Praqa (Çexiya)

Pley-off: “Qalatasaray” (Türkiyə)

Qeyd edək ki, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları 9/10 iyul və 16/17 iyul, 2-ci mərhələnin matçları isə 23/24 iyul və 30/31 iyulda keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!