““Qarabağ”ı qrup mərhələsində görmək istərdim” - “Sileks”in baş məşqçisi

saytların hazırlanması

Evə çatdırılma

““Qarabağ”ı qrup mərhələsində görmək istərdim” - “Sileks”in baş məşqçisi

İdman

18 Avqust 2020 22:18 1139


“Zənnimcə, yaxşı oyuna başladıq. “Qarabağ” çox güclü komandadır”.

Yenisabah.az xəbər verir ki, bunu “Sileks”in baş məşqçisi Qoran Simov Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la keçirilən oyun barədə fikirlərini bildirərkən deyib.

Bakıdakı görüşdə 0:4 hesabı ilə məğlub olan Şimali Makedoniya təmsilçisi mübarizəni Avropa Liqasında davam etdirəcək. Dördpendirli pizza

Qonaqların çalışdırıcısı matçdan sonrakı mətbuat konfransında fikirlərini bu sözlərlə davam etdirib: “Pis oynadığımızı düşünmürəm. Cəsarətli, ağıllı oynamağa çalışdıq. 2-3 şansımız oldu. “Qarabağ” elə komandadır ki, bir balaca boş sahə versən, asanlıqla istifadə edir. Məmnun olmadığım məqam hesabın böyük olmasıdır. Hakimlikdən də narazı qaldığımızı deməliyəm. “Qarabağ”ı qrup mərhələsində görmək istərdim”.

- Hakimlikdən narazılığınız nədən irəli gəldi? 

- Narazılığım ikinci qolla bağlı idi. Epizod gözümün qarşısında oldu. Oyunçu yerdə olsa da, top əlinə dəydi. Həmçinin qapıçımız da cərimə meydanına ötürmə zamanı qaydanın pozulduğunu dedi.

- Dünən bildirdiniz ki, 40 il siçan kimi yaşamaqdansa, bir gün aslan kimi yaşayaq. Bu gün meydanda şirləri gördünüz?

- Əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Bəzi anlarda rəqibə cərimə meydanına girmək imkanı vermədik. “Qarabağ” böyük klubdur, biz isə balaca komandayıq. Bu oyunu cəsarət və irəli atılmış addım kimi sayıram.

- Meydanda öncədən gözlədiyiniz “Qarabağ”ı gördünüz?

- İzlədiyim oyunlarla müqayisədə əvvəlki “Qarabağ”ı görmədim. Xüsusən də, Abdullah Zubir olduqca texnikalı futbolçudur. Ancaq bu gün həmin oyununu göstərmədi.  /Apasport


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!