“Qarabağ”ın 2 rəqibi müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın 2 rəqibi müəyyənləşdi

İdman

01 Sentyabr 2023 15:38 452


Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilir.

Yenisabah.az xəbər verir ki, Monako şəhərində təşkil olunan mərasim Bakı vaxtı ilə saat 15:00-da başlanıb. 

"Qarabağ" H qrupunda yer alıb. Sezar pizza

İlk rəqib "Bayer" (Almaniya) olub.

1. "Bayer" (Almaniya)

2. "Qarabağ"

3. "Mölde" (Norveç)

4.

Qrup mərhələsində 32 komanda mübarizə aparacaq. Onlar hər birində 4 klub olmaqla 8 qrupa bölünəcəklər. Qrupda eyni ölkələrin komandası bir-birinə rəqib ola bilməyəcəklər.

Artıq püşkatmanın səbətləri məlumdur. Azərbaycan təmsilçisi “Qarabağ” ötən il olduğu kimi bu dəfə

də 2-ci səbətdə yer alıb. Bu o deməkdir ki, Ağdam təmsilçisi həmin səbətdə yer alan komandaların heç biri ilə qrupda qarşılaşmayacaq.

Səbətlərin tərkibi:

1-ci səbət: “Vest Hem” (İngiltərə), “Liverpul”(İngiltərə), “Roma” (İtaliya), “Ayaks” (Niderland), “Vilyarreal”(İspaniya), “Bayer” (Almaniya), “Atalanta” (İtaliya), “Reyncers” (Şotlandiya) 

2-ci səbət: “Sportinq” (Portuqaliya), “Slaviya” (Çexiya), “Renn” (Fransa), “Olimpiakos” (Yunanıstan), “Betis” (İspaniya), “Lask” (Avstriya), “Marsel” (Fransa), “Qarabağ” (Azərbaycan)

3-cü səbət: “Mölde” (Norveç), “Brayton” (İngiltərə), “Şerif” (Moldova), “Yunion” (Belçika), “Frayburq” (Almaniya), “Sparta” (Çexiya), “Makkabi” (Hayfa, İsrail), “Şturm” (Avstriya)

4-cü səbət: “Tuluza” (Fransa), AEK (Yunanıstan), “Baçka Topola” (Serbiya), “Servett” (İsveçrə), “Panatinaikos” (Yunanıstan), “Rakov” (Polşa), “Aris” (Kipr), “Hekken” (İsveç).

Avropa Liqasında qrup mərhələsinə sentyabrın 21-də start veriləcək, dekabrın 14-də isə yekun vurulacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!