“Qarabağ“ın AEL-lə oyunu ərəfəsində bayraq qalmaqalı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın AEL-lə oyunu ərəfəsində bayraq qalmaqalı

İdman

12 Avqust 2021 16:45 1275


Bu gün Konrfans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu keçiriləcək. 

Yenisabah.az xəbər verir ki, oyundan öncə Kipr təmsilçisi üçün ölkəmizdə ayrılan və komandanı dünən Respublika Stadionunda məşqə gətirən avtobusda Azərbaycan və Türkiyə bayraqları olub. Bununla bağlı fotonu jurnalist Mirbağırağa Cəfəri paylaşıb.

Kiprlilər üçün Türk bayrağını görmək nə deməkdir hər kəs bilir.   pizza hut

Ümumiyyətlə, Azərbaycan klublarının Kipr təmsilçiləri ilə səfər oyunları zamanı ölkəmizin və Türkiyənin bayrağı tez-tez təhqir olunur.

AEL-lə “Qarabağ”ın oyunu zamanı isə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov və futbolçuları təxribata çəkilib.

Kiprlilər bugünkü oyunundan əvvəl UEFA-nın rəsmi nümayəndəsinə müraciət ediblər.

AEL Şimali Kipr Türk Cümhuriyyətinin bayraqlarının tribunalara buraxılmamasını istəyib.

UEFA nümayəndəsi qonaq komandanın istəyini qəbul edib.

Bununla bağlı "Qarabağ"dan stadionun girişlərinə ciddi nəzarət etmək, Şimali Kiprin bayraqlarının tribunalara buraxılmaması tövsiyə olunub.

Mehri Qurban 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!