“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu karyerasını Türkiyədə davam etdirəcək.
Yenisabah.az xəbər verir ki, 31 yaşlı hücumçu Türkiyə 1-ci liqa təmsilçisi “Kocaelispor”la ilkin müqavilə imzalayıb. Bu barədə klubun rəsmi "Feysbuk" səhifəsi məlumat yayıb.
Qeyd edək ki, Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib. O, 2018-ci ilin yanvarında Ağdam təmsilçisindən Çinin “Çjetszyan Qrintaun” klubuna transfer olunub. Cənubi afrikalı hücumçu bir müddət əvvəl Çin klubu ilə yollarını ayırmışdı. Ağdam təmsilçiinin yenidən futbolçu ilə maraqlandığı xəbərləri yayılmışdı. Pepperoni pizza
Telegram kanalımız