“Qarabağ”ın AvroLiqadakı rəqibləri məlum oldu: 8 klub   - SİYAHI 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın AvroLiqadakı rəqibləri məlum oldu: 8 klub - SİYAHI 

İdman

30 Avqust 2024 15:55 1558


Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin püşkü atılıb. 

Yenisabah.az xəbər verir ki, Monakoda keçirilən püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanıb. 

Püşkatmada Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqiblərinin adına aydınlıq gəlib.  pizza sifarişi

Qeyd edək ki, komandamız 3-cü səbətdə yer alıb. 

Yarışda ilk dəfə Liqa formatı tətbiq olunacaq və 36 komanda iştirak edəcək. 

Hər komandanın  8 rəqibini seçiləcək. Yeni formata əsasən hər komanda 8 fərqli rəqiblə 8 matç keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq. 

Yekunda 36 komanda arasında ən çox xal toplayan ilk 8 yeri tutan komanda 1/8 finala yüksələcək. 9-24-cü yeri tutanlar isə 1/8 finalda oynamaq üçün iki matçdan ibarət pley-off qarşılaşmaları keçirəcəklər. 25-36-cı yeri tutanlar isə avrokuboklarda mübarizəni başa vuracaqlar. 

"Qarabağ"ın rəqibləri 

1-ci səbətdən: "Tottenhem", İngiltərə (səfərdə), "Ayaks" Niderland (evdə)

2-ci səbətdən: "Olimpiakos", Yunanıstan (səfərdə), "Lion" (Fransa) (evdə)

3-cü səbətdən: "Malmö". İsveç (evdə)," Bodo Glimqt" Norveç (səfərdə)

4-cü səbətdən: "FCSB", Rumıniya (evdə), "Elfsborq" İsveç (səfərdə) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!