“Qarabağın azad edilməsi Qafqazda mühüm amildir“ - İranlı nazir müavini

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağın azad edilməsi Qafqazda mühüm amildir“ - İranlı nazir müavini

Rəsmi

27 Noyabr 2021 13:54 720


"Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa etməsi Qafqaz regionunda sülh və rifahın təşviq edilməsində mühüm amildir".

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İƏT XİN rəhbərlərinin iclasında İran xarici işlər nazirinin müavini Mehdi Səfəri bildirib.

Sabah Türkmənistan paytaxtında işə başlayacaq sammit ərəfəsində keçirilən toplantıda nazxir müavini regional və beynəlxalq problemlərin qarşılıqlı anlaşma və əməkdaşlıq ruhu əsasında həllində çoxtərəfliliyin vacibliyini vurğulayıb. Dominos pizza

Mehdi Səfəri əlavə edib: "İran İslam Respublikası digər ölkələrlə, xüsusilə qonşu ölkələrlə dostluq əlaqələrini genişləndirmək siyasətini davam etdirir. Bu prosesdə fəal iştirak və İƏT kimi çoxtərəfli razılaşmalar İran Respublikasının xarici siyasətində prioritetdir”.

O, qeyd edib:

"Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa etməsi Qafqaz regionunda sülh və rifahın təşviq edilməsində mühüm amildir".

İran rəsmisi İƏT-in Əfqanıstana Dəstək Proqramı vasitəsilə sülh və firavanlığa nail olmaqda Əfqanıstan xalqını dəstəkləməyə çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!