“Qarabağ”ın azarkeşlərinə şad xəbər: “Bayer”in 3 futbilçusu...

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın azarkeşlərinə şad xəbər: “Bayer”in 3 futbilçusu...

İdman

13 Mart 2024 15:48 736


Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la qarşılaşacaq “Bayer”də heç də bütün futbolçular oyuna hazır deyil. 

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, konkret olaraq 3 futbolçu sabahkı görüşdə baş məşqçi Xabi Alonsonun sərəncamında olmayacaq. Braziliyalı müdafiəçi Artur qasıq nahiyəsindən zədəlidirsə, komandanın aparıcı hücumçusu Viktor Bonifeysin əzələsində problem var. Həmçinin yarımmüdafiəçi Noay Mbamba da görüşü tribunadan izləməli olacaq. 

Qeyd edək ki, sabah Leverkuzendə keçiriləcək “Bayer” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk görüşdə 2:2 hesabı qeydə alınıb.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!