“Qarabağ”ın baş direktoru: “Şahruddinin “Adana Dəmirspor”a keçidinə icazə verdik”

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın baş direktoru: “Şahruddinin “Adana Dəmirspor”a keçidinə icazə verdik”

İdman

06 Sentyabr 2023 14:56 641


“Şahruddinin qərarına hörmətlə yanaşdıq və “Adana Dəmirspor”a keçidinə icazə verdik”. 

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl qapıçı Şahruddin Məhəmmədəliyevin Türkiyənin “Adana Dəmirspor” klubuna keçidi ilə bağlı danışarkən deyib.

Ağdam klubunun rəsmisi Azərbaycan vətəndaşının Türkiyədə yerli statusda çıxış etməsinin transferdə vacib rol oynadığını bildirib: “Şahruddinin “Adana Dəmirspor”dan təklifi var idi. Bizə özünü orada sınamaq, karyerasını Türkiyədə davam etdirmək istədiyini bildirdi. Üstəlik, Azərbaycan vətəndaşları Türkiyədə legioner statusunda oynamırlar. Bu, bəlkə də ona əlavə stimul olub. Şahruddin də ora getməyə üstünlük verdi”. pizza

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyevin “Adana Dəmirspor”la 2+1 illik müqavilə imzalaması gözlənilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!