YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“Qarabağ“ın bəxti gətirdi: “Olimpiakos“un iki əsas futbolçusu zədələndi

“Qarabağ“ın bəxti gətirdi: “Olimpiakos“un iki əsas futbolçusu zədələndi

İdman

28 Sentyabr 2022 12:48 650


Avropa Liqasının qrup mərhələsində növbəti oyunlarını "Qarabağ"a qarşı keçirəcək Yunanıstanın "Olimpiakos" klubunun iki əsas futbolçusu zədələnib.

Yenisabah.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki. Çexiya millisində çıxış edən qapıçı Tomaş Vatslik Millətlər Liqasının 6-cı turunda İsveçrə ilə oyunda sıradan çıxıb.

Cənubi koreyalı Hvan Uy Co isə Kameruna qarşı yoldaşlıq görüşündə zədə alıb. 72-ci dəqiqədə oyuna daxil olan hücumçu 10 dəqiqə sonra əvəzlənib. Hvan Uy Co mətbuata verdiyi açıqlamada bildirib ki, onda əzələ ağrısı var və müalicəyə düzgün yanaşsa, tezliklə sıraya dönəcək. Bu futbolçuların "Qarabağ"da oyunda iştirak edib-etməyəcəyi hələlik müəyyənləşməyib.

Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında növbəti görüş isə oktyabrın 13-də Bakıda olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!