“Qarabağ”ın bugünkü oyununa neçə min azarkeş gələcək? 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın bugünkü oyununa neçə min azarkeş gələcək? 

İdman

03 Oktyabr 2024 17:07 1008


Avropa Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində bu gün keçiriləcək “Qarabağ” - “Malmö" (İsveç) oyununa satılan son bilet sayı açıqlanıb. 

Yenisabah.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq görüş üçün 24 min bilet satılıb. 

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 20:45-də başlayacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150  manat təşkil edir.  Marqarita pizza

VVİP C və VVİP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri: 

 iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

 Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

 Tofiq Bəhramov adına Respublika stadionunun kassaları; 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!