“Qarabağ”ın Çempionlar Liqasında bütün potensial rəqibləri məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın Çempionlar Liqasında bütün potensial rəqibləri məlum oldu

İdman

23 İyul 2020 10:27 980


Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklardakı daha iki mümkün rəqibi bəlli olub.

Yenisabah.az xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniya və Sloveniya klubları ilə də görüşə bilər.

Albaniyanın çempionu olan "Tirana" və Sloveniyada qızıl medallara layiq görülən "Çelye"nin püşk zamanı səpələnməmişlərdən olacağı dəqiqləşib. Hər iki komanda "Qarabağ"a mövsümdə ilk rəqib ola bilər. pizza

Beləliklə, "Qarabağ"ın ilk raundda artıq bütün potensial rəqibi bilinib. Bunlar "Fola" (Lüksemburq), "Yurqorden" (İsveç), “Buduçnost” (Monteneqro), “Flora” (Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnah” (Uels), “Klaksvik” (Farer adaları), “Europa” (Cəbəllütariq), "Çelye" (Sloveniya), “KuPS” (Finlandiya), “Reykyavik” (İslandiya), "Tirana" (Albaniya), “Sileks” (Şimali Makedoniya) və “Floriana”dır (Malta). Bir mümkün rəqib isə ilkin mərhələdən gələcək. “Linfild” (Şimali İrlandiya) və “Tre Fiore” (San-Marino) ilkin mərhələnin qalibi kimi səpələnməmişlərdən olmağa 4 iddiaçıdan biridir.

Qeyd edək ki, Çempionlar Liqasının I seçmə mərhələsinin püşkü avqustun 9-da atılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!