“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibi müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibi müəyyənləşdi

İdman

02 Avqust 2023 00:53 1271


“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, Ağdam təmsilçisi Polşa “Rakuv”unu mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti raundda Kiprin “Aris” klubu ilə qarşılaşacaq.

Kiprlilər II təsnifat mərhələsində Belarus BATE-si ilə dueldən üstün ayrılıblar. Öz meydanında 6:2 qalib gələn “Aris” səfərdə 5:3 hesablı qələbə qazanıb. Ümumilikdə 11:5 üstün olan komanda III təsnifat mərhələsinə yüksəlib. Dominos pizza

Qeyd edək ki, ilk oyunda 2:3 məğlub olan “Qarabağ” “Rakuv”a qarşı cavab matçını bu gün keçirəcək. Bakı Olimpiya Stadionunda təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!