“Qarabağ”ın ÇL-də bütün potensial rəqibləri məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın ÇL-də bütün potensial rəqibləri məlum oldu

İdman

29 İyul 2020 16:10 1009


Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın I təsnifat mərhələsində qarşılaşa biləcəyi bütün rəqiblər bəllidi.

Yenisabah.az xəbər verir ki, bu, ilkin mərhələnin iştirakçılarının dəqiqləşməsi ilə reallaşıb.

Belə ki, səpələnmişlər səbətində qərarlaşan Ağdam təmsilçisi nisbətən zəiflərin yer aldığı “səpələnməmişlər”dən biri ilə üz-üzə gələcək. Orda isə 16 komandanın adı dəqiqləşib. Yalnız ilkin mərhələdən hansı klubun gələcəyi hələlik bilinmir. Toyuqlu pizza

Bu isə o deməkdi ki, ilk raundda yer alan 4 komanda da “Qarabağ” üçün potensial rəqib hesab olunmalıdı. Üstəlik, I təsnifat mərhələsinin püşkü ilkin raundun qalibi müəyyənləşməmiş atılacaq.

Çempionlar Liqası, 2020/21 mövsümü

İlkin mərhələ

Yarımfinallar

“Tre Fiori” (San-Marino) – “Linfild” (Şimali İrlandiya)

“Drita” (Kosovo) – “İnter” (Eskaldes, Andorra)

I təsnifat mərhələsi

Səpələnmişlər: “Seltik” (Şotlandiya), “Astana” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan), “Srvena Zvezda” (Serbiya), “Qarabağ” (Azırbaycan), “Legiya” (Polşa), “Makkabi” (Tel-Əviv, İsrail), “Molde” (Norveç), “Şerif” (Moldova), “Ferensvaroş” (Macarıstan), “Dandolk” (Şimali İrlandiya), “Slovan” (Bratislava, Slovakiya), “Suduva” (Litva), “Omoniya” (Kipr), Rumıniya çempionu, “Sarayevo” (Bosniya və Herseqovina), “Dinamo” (Tbilisi, Gürcüstan)

Səpələnməmişlər: “Fola” (Lüksemburq), “Yurqorden” (İsveç), “Buduçnost” (Monteneqro), “Flora” (Tallin, Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnahs Kuey” (Uels), “Europa” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Çelye” (Sloveniya), “Ararat” (Ermənistan”)*, “Reykyavik” (İslandiya), “KuPS” (Finlandiya), “Tirana” (Albaniya), “Sileks” (Şimali Makedoniya), “Floriana” (Malta), ilkin mərhələnin qalibi.

Sportinfo yazır ki, ilkin mərhələnin oyunları 8-11 avqustda İsveçrənin Nyon şəhərində keçiriləcək. I təsnifat mərhələsinin püşkü avqustun 9-da atılacaq. Bu mərhələnin oyunları sözügedən ayın 18-19-da keçiriləcək.

*- Qaydalara əsasən, Azərbaycan və Ermənistan klubları iki ölkə arasındakı münaqişəyə görə rəqib ola bilməz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!