“Qarabağ“ın daha 5 futbolçusu koronavirusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın daha 5 futbolçusu koronavirusa yoluxdu

İdman

05 Dekabr 2020 13:57 1032


"Qarabağ"ın daha 5 futbolçusunun koronavirusa yoluxduğu məlum olub.

Yenisabah.az xəbər verir ki, bu barədə klubun mətbut xidməti məlumat yayıb. Komanda Avropa Liqasının qrup mərhələsində "Makkabi" ilə matçdan (1:1) geri döndükdən sonra Peşəkar Futbol Liqasının tələblərinə əsasən Premyer Liqanın 12-ci turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlıqları çərçivəsində növbəti dəfə koronavirus testindən keçib. Testin nəticələrinə görə Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov və Kevin Medinada COVİD-19 aşkarlanıb.

Daha öncə isə testin nəticəsi pozitiv olan daha iki futbolçu: Mahir Emreli və Abbas Hüseynov da müalicələrini davam etdirir. Sezar pizza

Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev müalicəsini tamamlayaraq, Bakıya qayıdıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!