Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" (Azərbaycan) oyununu Türkiyədə də canlı yayımla izləmək mümkün olacaq.
Yenisabah.az xəbər verir ki, sözügedən matçı qardaş ölkədə "TRT 1" telekanalı birbaşa nümayiş etdirəcək.
Azərbaycanda isə görüşü "CBC Sport" telekanalı vasitəsi ilə izləmək mümkün olacaq. Sezar pizza
Qeyd edək ki, avqustun 20-də "Maksimir" stadionunda keçiriləcək "Dinamo" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında cavab görüşü avqustun 28-də Bakıda keçiriləcək.
Telegram kanalımız