“Qarabağ”ın dörd legioneri milli komandalara dəvət alıb 

“Qarabağ”ın dörd legioneri milli komandalara dəvət alıb 

İdman Veb saytların hazırlanması

09 Oktyabr 2023 19:57 421


"Qarabağ"ın dörd legioneri milliyə komandalara çağırılıb. 

Yenisabah.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,  Marko Yankoviç Monteneqro millisinin oktyabrın 12-də Livan ilə beynəlxalq yoldaşlıq, oktyabrın 17-də isə Avro-2024-ün seçmə mərhələsində Serbiya ilə oyunlarına dəvət alıb. 

Luka Quqeşaşvili Gürcüstan millisinin oktyabrın 12-də Tailand ilə beynəlxalq yoldaşlıq, oktyabrın 15-də isə AVRO-2024-ün seçmə mərhələsində Kipr ilə oyunlarına çağırılıb. 

Leandro Andrade və Patrik Andrade Kabo Verde millisinin oktyabrın 12-də Əlcəzair, oktyabrın 17-də Komor adalarına qarşı yoldaşlıq oyunlarına dəvət ediliblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!