“Qarabağ”ın Fransaya səfər proqramı məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın Fransaya səfər proqramı məlum oldu

İdman

24 Oktyabr 2022 21:32 1032


UEFA Avropa Liqasının qrup mərhələsində “Nant”la qarşılaşacaq Ağdamın “Qarabağ” klubu oktyabrın 25-də Fransaya yollanacaq.

Yenisabah.az xəbər verir ki, komandanı aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək.

Oktyabrın 26-da Bakı vaxtı ilə saat 21:10-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 21:30-da matçın keçiriləcəyi “Beaujoire” stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq. Toyuqlu pizza

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək “Nant”–“Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!