"Qarabağ"ın futbolçuları Marko Yankoviç və Marko Veşoviçin Monteneqro millisində növbəti oyunlarına çıxıblar.
Yenisabah.az xəbər verir ki, hər iki oyunçu Avro-2024-ün seçmə mərhələsində evdə Macarıstanla keçirilən matçın start heyətində meydana daxil olub.
Veşoviç 0:0 hesabı ilə başa çatan görüşün 72-ci dəqiqəsində əvəzlənib. O, 15-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Yankoviç isə sona qədər meydanda olub. pizza
Qeyd edək ki, Monteneqro G qrupunda 3-cü, Macarıstan isə 2-ci pillədə qərarlaşıb. Hər iki komandanın 4 xalı var.
Telegram kanalımız