“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Azərbaycan çempionatında 250-ci oyununu keçirib.
Yenisabah.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumata görə, onun yubiley matçı Premyer Liqanın XXI turunda baş tutub. Sezar pizza
“Səbail”lə səfər qarşılaşmasında meydançaya çıxan 33 yaşlı müdafiəçi indiyə qədər 4 qola imza atıb. Azərbaycan millisinin üzvü Premyer Liqada iki klubun formasını geyinib. “Sumqayıt”da 26 matça çıxan futbolçu “Qarabağ”da 224-cü oyununu keçirib. O, bütün qollarını Ağdam klubunun heyətində vurub.
Qeyd edək ki, Bədavi Hüseynov Azərbaycan çempionatında 2011-12 mövsümündə debüt edib. O, 2011-ci il sentyabrın 11-də “Qarabağ”la görüşdə (0:0) ilk dəfə “Sumqayıt”ın heyətində meydançaya çıxıb.
Telegram kanalımız