"Qarabağ"ın futbolçusu Leandro Andrade Portuqaliyanın "A Bola" nəşrinə açıqlama verib.
Yenisabah.az xəbər verir ki, portuqaliya əsilli kabo-verdeli yarımmüdafiəçi Avropa Liqasının pley-off mərhələsində "Braqa"ya qarşı keçirəcəkləri oyunlar haqqında danışıb.
O, pley-offun püşkatmasından əvvəl Portuqaliya klubu ilə qarşılaşmağı arzuladığını söyləyib: “Portuqaliyada oynamış həmkarlarım “Braqa” və ya “Benfika”ya rəqib olmağımızı istəyirdilər. Çünki bunlar əla komandalardır və ölkəmizi sevirlər. Pley-offa vəsiqə qazandıqdan sonra Portuqaliya klubuna rəqib olmağı arzulayırdım. Dərhal aləmlə danışdım. Onlar səfər oyunumuzda stadionda olacaqlar. Möhtəşəm gecə keçirmək, futbolun sehrindən həzz almaq, ailəm və dostlarım qarşısında canlı oynamaq üçün lazım olan hər şey var. Bu, tez-tez baş vermir”. pizza hut
24 yaşlı futbolçu "Qarabağ"ın mərhləni keçəcəyinə inandığını bildirib: “Aydındır ki, biz mərhələni adlayacağımıza inanırıq. Kim olmağımızdan və hansı turnirdə iştirak etməyimizdən asılı olmayaraq, özümüzə və dəyərimizə güvənirik. Əlimizdən gələni edəcək və hər şeyini ortaya qoyacaq, hər iki matçda qələbə üçün mübarizə aparacaq “Qarabağ”a söz verə bilərik. Rəqibi təhlil edirik, məlumat öyrənirik. "Braqa"nın üstün cəhətlərini bilirik”.
Leandro Andrade rəqibin təcrübəli yarımmüdafiəçisi Joau Moutinyo haqqında da danışıb: “Braqa”ya rəqib olduqdan sonra haqqında ən çox danışdığım futboçulardan biri Joau Moutinyodur. Onunla qarşılaşmaq üçün həyəcanlanıram. Hər ikimiz Alqarviodanıq. Atam Vava Andrade futbolçu olanda Moutinyonun atası mənim atamın məşqçisi olub. Joaoya xüsusi sevgim var və onun pərəstişkarıyam. Onun oyununu izləyərək böyümüşəm. Bu, heç vaxt unuda bilməyəcəyim bir təcrübədir. Yenidən evdə oynayacağım üçün çox həyəcanlıyam”.
Andrade sonda "Qarabağ"la müqaviləsini uzatmasına toxunub. Qış transfer pəncərəsində bir nçə klubdan təkliflər alan futbolçu Ağdam təmsilçisində qalmasının səbəblərini açıqlayıb: “Bu variantlar var idi. “Qarabağ”ın məni saxlamaq üçün mübarizə aparması özümü burada vacib hiss etməyimə səbəb oldu və burada qaldım. "Transfer nağılı” başa çatdıqdan sonra müqavilə müddətimi 2027-ci ilə qədər yenilədim”./Qol.az
Telegram kanalımız