Ölkəmizi Çempionlar Liqasında təmsil edən Ağdamın “Qarabağ klubu turnirlə vidalaşsa da, fərdi bombardirliyi əlində saxlayır. Komandanın 27 yaşlı hücumçusu Juninyo vurduğu 6 qolla siyahıya başçılıq edir.
Yenisabah.az xəbər verir ki, təmsilçimiz Çempionlar Liqası ilə vidalaşsa da, Juninyo pley-off turlarında matçlarda vurduğu qolların sayına görə, hələki turnirdə ən çox bombardir oyunçudur. “Bavarya” klubunun ingiltərəli hücumçusu Harri Keyn isə 4 qolla 2-cidir.
Xatırladaq ki, braziliyalı forvard qolların 4-nü “Linkoln”a, 2-sini isə “Ludoqorets”ə vurub. Juninyo “Qarabağ”ın “Linkoln” üzərindəki 5-0 hesablı darmadağını zamanı xet-triklə yadda qalıb. Dördpendirli pizza
Telegram kanalımız