“Qarabağ”ın itirdiyi oyunçular

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın itirdiyi oyunçular

İdman

14 Avqust 2019 09:45 1201


Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin APOEL ilə oyununda məğlub olan “Qarabağ”  (0:2) ciddi itkilərlə üzləşib.

“Yeni Sabah” xəbər verir ki, Rahil Məmmədov sarı vərəqə limitini doldurub. Riçard Almeyda isə qırmızı vərəqə alıb. Bu səbəbdən onlar Avro liqanın play-off mərhələsində "Linfild" ilə ilk matçı buraxacaqlar. Eyni zamanda Bədavi Hüseynov və Filip Ozobiç də zədədən əziyyət çəkir. B.Hüseynovuin bu matçda iştirak edib-etməyəcəyi dəqiq bilinməsə də, Ozobiçin zədəsi ciddidir.

Qeyd edək ki, “Qarabağ” Avroliqanın play-off mərhələsində Şimali İrlandiyanın "Linfild" klubu ilə qarşılaşacaq. İlk matç avqustun 22-si səfərdə, cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!