"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silva karyerasını Gürcüstanda davam etdirəcək.
“Yeni Sabah” xəbər verir ki, brazilyalı yarımmüdafiəçi "Dimano" ilə anlaşıb. Müqavilənin detalları haqqında ətraflı məlumat verilməyib.
Qeyd edək ki, Reynaldo 2013-2017-ci illərdə Ağdam klubunun formasını geyinib. O, ötən il qış transfer dönəmində yenidən "Qarabağ"a qayıdıb, mövsümün sonuna qədər komandada çıxış edib. Lakin əvvəlki performansını sərgiləyə bilməyən 30 yaşlı oyunçu ilə yollar ayrılıb. Pepperoni pizza
Telegram kanalımız