“Qarabağ”ın keçmiş qapıçısı millidəki karyerasını başa vurdu

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın keçmiş qapıçısı millidəki karyerasını başa vurdu

İdman

07 May 2024 20:43 913


“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisindəkı çıxışını başa çatdırıb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə 35 yaşlı qolkiper “Instagram”da paylaşım edib.

“Günlərlə nə deyəcəyimi və necə başlayacağımı düşünürdüm. Ən sevdiyim forma üçün ilk zəngdən inanılmaz 14 il keçdi. Atam vətənimizi müdafiə edərkən həyatını itirdiyi kimi, mən də bacardığım qədər öz yolumla onu müdafiə etdim. Bosniya və Herseqovinanın gerbini 66 dəfə qürurla daşımışam. Bu yolda məni müşayiət edən hər kəsə, ailəmə, dostlarıma, məşqçilərimə və komanda yoldaşlarıma minnətdaram. Siz məni daha yaxşı insan etdiniz və əlbəttə ki, ən böyük təşəkkürlər millinin ən yaxşı azarkeşlərinədir”, - qapıçı yazıb. Marqarita pizza

Qeyd edək ki, hazırda Şehiç Səudiyyə Ərəbistanının “Əl-Halic" klubunun qapısını qoruyur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!