"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.
Yenisabah.az xəbər verir ki, Azərbaycan çempionunun UEFA Avropa Liqasında HİK-lə (Finlandiya) təşkil etdiyi cütün məğlubu mübarizəni üçüncü dərəcəli turnirdə davam etdirəcək.
Bu cütün potensial rəqiblərindən ikisi Avropa Liqasında III raundun məğlubu, üçü isə Konfrans Liqasında III təsnifat mərhələsinin qalibi olacaq. Dominos pizza
"Qarabağ" - HİK cütünün Konfrans Liqasında mümkün rəqibləri:
"Valmiera" (Litva) - "Partizani" (Albaniya) cütünün qalibi.
"Farul" (Rumıniya) - "Flora" (Estoniya) cütünün qalibi.
"Struqa" (Şimali Makedoniya) - "Svift" (Lüksemburq) cütünün qalibi.
Avropa Liqasında "Zrinski" (Bosniya və Herseqovina) - "Breydablik" (İslandiya) cütünün məğlubu.
Avropa Liqasında "Astana" (Qazaxıstan) - "Ludoqorets" (Bolqarıstan) cütünün məğlubu.
Bu gün keçiriləcək Konfrans Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Telegram kanalımız