“Qarabağ”ın koronavirusa yoluxan kapitanından xəbər var

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın koronavirusa yoluxan kapitanından xəbər var

İdman

05 Dekabr 2020 10:31 785


Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Maksim Medvedev, nəhayət ki, Vətənə qayıdıb.

Yenisabah.az xəbər verir ki, bu barədə apasport.az-a müdafiəçi özü məlumat verib.

Yoxlama görüşündə Sloveniya (11 noyabr - 0:0), Millətlər Liqasında isə Monteneqro ilə (14 noyabr – 0:0) qarşılaşmadan sonra noyabrın 16-da Lüksemburqla oyun (0:0) üçün adıçəkilən ölkəyə yollanan heyətdə yer alan 31 yaşlı sağ cinah oyunçusu koronavirusa yoluxduğu üçün orada qalmışdı. pizza hut

Ötən 18 günü Lüksemburqdakı otellərin birində təcrid vəziyyətində keçirən Medvedev bu gün Bakıya qayıdıb. Artıq koronavirusdan sağalan Maksim özünü tam sağlam hiss etdiyini və tezliklə komandaya qoşulacağını söyləyib.

“Qarabağ” növbəti oyununu Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində dekabrın 6-da “Qəbələ”yə qarşı keçirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!