“Qarabağ“ın məğlubiyyətsiz oyunlar seriyası 25-ə çatdı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın məğlubiyyətsiz oyunlar seriyası 25-ə çatdı

İdman

12 Sentyabr 2022 13:15 794


“Qarabağ” Azərbaycan Premyer Liqasının 6-cı turunda “Sabah”a 4:3 hesabı ilə qalib gəlib.

Yenisabah.az PFL-in saytına istinadən xəbər verir ki, bununla da Qurban Qurbanovun komandasının yerli çempionatda məğlubiyyətsiz oyunlar seriyası 25-ə çatıb.

Ağdam klubu sonuncu dəfə ötən mövsümdə - 2021-ci il oktyabrın 25-də “Səbail”lə səfər qarşılaşmasında uduzub – 1:3. Həmin matçdan sonra bölgə təmsilçisi 21 qələbə qazanıb və 4 heç-heçə edib. Dördpendirli pizza

Bu ölkə çempionatları tarixində 25 və daha çox oyunu əhatə edən 8-ci belə seriyadır. Aktivində 31 matçdan ibarət məğlubiyyətsizlik də olan “Qarabağ” ikinci dəfə “25”ə çatıb.

Qurbanovun komandası 321 gün əvvəlki məğlubiyyətdən sonra ilk dəfə qapısında birdən artıq qol görüb. Sonrakı 24 görüşdə komanda 2 və ya daha çox top buraxmayıb.

9 ildən sonra “Qarabağ” öz meydanında qapısında 3 top görüb. Sonuncu dəfə 2013-cü il noyabrın 3-də “Qəbələ” ilə görüşdə belə hadisə yaşanıb. 3234 gün əvvəl də indiki kimi 4:3 hesabı ilə qalib gələn "Qarabağ" sonrakı 130 ev matçında ikidən artıq qol buraxmamışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!