“Qarabağ”ın mərhələ adlaması Azərbaycana xal qazandırdı 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın mərhələ adlaması Azərbaycana xal qazandırdı 

İdman

23 Fevral 2024 10:08 857


“Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanaraq, Azərbaycana UEFA reytinqində növbəti əmsalları qazandırıb. 

Yenisabah.az xəbər verir ki, Ağdam klubunun mərhələ adlaması ölkə reytinqinə daha 0,250 əmsal əlavə edib.

Nəticədə Azərbaycanın cari mövsümdəki əmsalı 5,625-ə çatıb. Dominos pizza

Son 5 mövsümdəki ümumi əmsallar 19,875-ə bərabərdir. Bununla da Azərbaycanın UEFA reytinqində cari mövsümü ən azı 27-ci pillədə başa vuracağı dəqiqləşib.

Reytinqə 100,803 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,614) ikinci, İtaliya (84.855) isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubunu üstələyib. Səfərdə rəqibinə qalib (4:2) gələn Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!