“Qarabağ”ın oyununa 10 mindən çox bilet satıldı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın oyununa 10 mindən çox bilet satıldı

İdman

20 Avqust 2021 22:40 1591


Şotlandiyada "Aberdin" və "Qarabağ" klubları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa böyük maraq var.

Yenisabah.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 000 min nəfərlik azarkeş tutumuna malik "Pittodri" stadionunda oynanılacaq qarşılaşma üçün 10 000-dən artıq bilet satılıb.

Satışa ümumilikdə 18 000 bilet çıxarılıb. Qiymətlər 6 - 32 funt sterlinq arasında dəyişir. Toyuqlu pizza

Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk görüşdə Ağdam klubu 1:0 hesablı qələbə qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!