“Qarabağ”ın oyununa 18 500 bilet satılıb

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın oyununa 18 500 bilet satılıb

İdman

19 İyul 2023 13:08 1244


“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq klubu “Linkoln”la keçirəcəyi oyuna 18 500 bilet satılıb. 

Bu barədə Yenisabah.az-a klubdan məlumat verilib. 

Bildirilib ki, bu gün təxminən 68 000 tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmaya bilet satışı davam edir. Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.  pizza sifarişi

Görüş saat 20:00-da start götürəcək. 

Qeyd edək ki, bu komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyunda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!