Metronun iş saatı uzadıldı -   Sərnişinlərin nəzərinə

saytların hazırlanması

Evə çatdırılma

Metronun iş saatı uzadıldı - Sərnişinlərin nəzərinə

İdman

12 Dekabr 2019 14:15 1396


Bu gün Avropa Liqasının qrup mərhələsinin sonuncu turunun "Qarabağ" - "Düdelanj" qarşılaşmasına yollanacaq azarkeşlər üçün Bakı metrosu gücləndiriləcək iş rejimində çalışacaq. 

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Bəxtiyar Məmmədov məlumat yayıb.

Bildirilir ki,  qarşılaşmanı arenadan canlı izləyəcək tamaşaçılar 00:30-a qədər metropolitenin "Gənclik" stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər. Digər stansiyaların girişi adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq. Pepperoni pizza

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:55-də başlayacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!