Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib.
Yenisabah.az xəbər verir ki, XII turun “Qəbələ” – “Qarabağ” oyunu ilə XIX turun “Qarabağ” – “Qəbələ” matçlarının yeri dəyişdirilib.
Komandalar dekabrın 6-da Bakıda üz-üzə gələcək. Buna “Qarabağ”ın Peşəkar Futbol Liqasına müraciəti səbəb olub. Toyuqlu pizza
Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən Ağdam klubu qitə miqyaslı oyunlarını Azərbaycandan kənarda keçirdiyini əsas gətirib və vaxt məhdudiyyəti səbəbindən görüşlərin yerinin dəyişdirilməsini istəyib. “Qəbələ” klubunun razılıq məktubunu nəzərə alan PFL müvafiq dəyişikliyi edib.
Telegram kanalımız