“Qarabağ“ın pley-offdakı rəqibi bu gün müəyyənləşəcək 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın pley-offdakı rəqibi bu gün müəyyənləşəcək 

İdman

13 Dekabr 2021 09:41 525


Bu gün Konfrans Liqasında pley-off  mərhələsinin püşkü atılacaq.

Yenisabah.az xəbər verir ki,İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Püşkdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da pley-offdakı rəqibi bilinəcək.

Püşk öncəsi komandalar iki qrupa bölünüb. "Qarabağ" qrup ikincisi kimi səpələnmişlər səbətində yer alıb. Ağdam klubu səpələnməmişlər səbətində yer alan 8 komandadan birinə rəqib olacaq. Bunlar Avrop Liqasının qrup üçüncüləridir. "Qarabağ" ilk oyununu səfərdə keçirəcək. pizza hut

Qeyd edək ki, pley-off mərhələsində ilk matçlar 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi

Səpələnmişlər

"Budyo Qlimt" (Norveç)

"Qarabağ" (Azərbaycan)

"Makkabi" (Təl-Əviv, İsrail)

PAOK (Yunanıstan)

"Partizan" (Serbiya)

"Randers" (Danimarka)

"Slaviya" (Praqa, Çexiya)

“Vitess” (Niderland)/“Tottenhem” (İngiltərə)

Səpələnməmişlər

"Lester" (İngiltərə)

"Midtüllan" (Danimarka)

"Marsel" (Fransa)

PSV (Niderland)

"Rapid" (Vyana, Avstriya)

"Seltik" (Şotlandiya)

"Sparta" (Praqa, Çexiya)

"Fənərbağça" (Türkiyə)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!