“Qarabağ”ın potensial rəqibləri müəyyən oldu

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın potensial rəqibləri müəyyən oldu

İdman

31 İyul 2019 05:30 1273


Avrokuboklarda ölkəmizi təmsil edən “Qarabağ” futbol klubunun III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

“Yeni Sabah” xəbər verir ki, bunlar Kiprin “APOEL” və Slovakiyanın “Slovan” (Bratislava) klublarıdır. “APOEL” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqronun “Sutyeska” klubunu mübarizədən kənarlaşdırıb. “Qarabağ” iyulun 31-də İrlandiyanın “Dundalk” klubu üzərində qələbə qazanacağı təqdirdə, məhz “APOEL”lə qarşılaşacaq.

Azərbaycan təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandırsa, bu zaman UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Slovan”la qarşılaşacaq. Toyuqlu pizza

Qeyd edək ki, “Qarabağ” “Dundalk”la İrlandiyadakı qarşılaşmadan heç-heçə ilə ayrılıb - 1:1. Cavab oyunu bu gün “Dalğa Arena”da olacaq. Görüş saat 21:00-da başlayacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!