“Qarabağ”ın qapıçısı Avropanın ən yaxşısı oldu

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın qapıçısı Avropanın ən yaxşısı oldu

İdman

25 Fevral 2024 15:48 1438


“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov cari avrokubok mövsümündə seyvlərinin sayına görə köhnə qitənin bütün qapıçıları arasında ən yaxşısı olub.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Opta Sports” öz “Telegram” kanalında məlumat yayıb.

Mənbənin sözlərinə görə, Lunyov Avropa Liqası və Konfrans Liqasının 8 oyununda komandasını 36 dəfə xilas edib. pizza mizza

O, bu avrokubok mövsümündə qapısına vurulan 47 zərbədən 72%-ni qaytarıb. Eyni zamanda qapıçı avtoqollar istisna olmaqla, 12 qol buraxıb.

Xatırladaq ki, Lunyov “Qarabağ”a ötən yay azad agent kimi keçib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, qapıçının bazar dəyəri 1 milyon avrodur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!