“Qarabağ”ın qapıçısı danışdı: “Şayiədir...”

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın qapıçısı danışdı: “Şayiədir...”

İdman

23 May 2024 11:28 861


“Qarabağ”ın qapıçısı Andrey Lunyov Ağdam təmsilçisi ilə yeni müqavilə imzaladığı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Yenisabah.az xəbər verir ki, rusiyalı qolkiper "Matç TV"yə açıqlamasında bu məlumatları şayiə adlandırıb: 

"Bütün məsələlər mövsümün sonunda həll olunacaq. Bu cür xəbərlər diqqəti yayındırır? Mən fikir vermirəm. Hər bir futbolçu haqqında bu cür xəbərlər normaldır. Bütün diqqətimi komandam üçün oynamağa və mövsümün sonuna cəmləmişəm. Qarşıda bizi vacib matçlar, kubok finalı gözləyir”.  pizza hut

Qeyd edək ki, Lunyovun "Qarabağ"la hazırkı müqaviləsi bu mövsümün sonunda başa çatır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!