“Qarabağ”ın qapıçısı niyə polis bölməsinə aparılıb? - Özü danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın qapıçısı niyə polis bölməsinə aparılıb? - Özü danışdı

İdman

01 Yanvar 2024 18:38 1562


“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov Azərbaycanda polis bölməsinə necə düşdüyü barədə danışıb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, “Mən çoxdan adaptasiya olmuşam, axı Azərbaycan rus dilində danışa bilənlər ölkəsidir. Yerli sürücülük tərzinə alışmaq daha çətin idi.

Bir gün ailəmi ticarət mərkəzinə aparıb, getdim bazaya. Birdən polis maşını məni saxladı. Dedilər ki, sən sürətlə sürürdün, tez-tez zolaqları dəyişirdin. O vaxt hələ də soyuqdəyməm var idi, elə bildilər ki, içmişəm, məni şöbəyə apardılar. Pepperoni pizza

Nəticədə “Qarabağ”dan bir nəfərə zəng etdim, kömək üçün gəldi. Amma yenə də cəriməni ödəməli oldum”, - Lunyov bildirib.

Qeyd edək ki, bu mövsüm Andrey klubunun heyətində 15 oyun keçirib, 14 qol buraxıb və yeddi dəfə qapısını toxunulmaz saxlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!