“Qarabağ“ın qapıçısı UEFA reytinqdə

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın qapıçısı UEFA reytinqdə

İdman

13 Oktyabr 2021 12:54 705


UEFA DÇ-2022-nin seçmə mərhələsinin 8-ci turundan sonra futbolçuların statistik göstəricilərini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, ən yaxşılar arasında Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev də yer alıb.

O, seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar sırasındadır. pizza hut

27 yaşlı qolkiper meydana çıxdığı 7 oyunda 40 qurtarışla yadda qalıb. O, hazırda bu nominasiyada üçüncü pillədə qərarlaşıb.

San Marino yığmasının üzvü Elia Benedettini 44 "seyv"lə birinci, Lixtenşteynin oyunçusu Benyamin Byuhel (43) ikinci sıradadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!