“Qarabağ”ın qapısına verilən penalti də düz idi, hər 2 qırmızı vərəqə də”

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın qapısına verilən penalti də düz idi, hər 2 qırmızı vərəqə də”

İdman

25 Oktyabr 2024 13:59 828


“Qapımıza verilən penalti də düz idi, hər iki qırmızı vərəqə də”.

Yenisabah.az qol.az-a istinadla xəbər verir ki, bunu AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov deyib.

Keçmiş referi Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda keçirilən “Qarabağ” – “Ayaks” matçının hakimliyi ilə bağlı danışıb. O, şotlandiyalı hakim Nikolas Uolşun rəqibin ilk qolunda “Qarabağ”a qarşı sərt qərar verdiyini bildirib: Dördpendirli pizza

 “Qarabağ”ın qolu sayılmadı ki, o da düz idi. Çünki oyundankənar vəziyyət vardı. Onların vurduğu ilk qolu isə hakim saymaya bilərdi. Məncə, başqa hakim olsaydı, fərqli qərar verərdi. Çünki rəqib futbolçusu “Qarabağ”ın oyunçusu Marko Yankoviçə qarşı kobudluq etmişdi. Düzdür, Yankoviç də rəqibi tuturdu, mübarizə gedirdi, amma hakim istəsə, çox rahatlıqla “Qarabağ”a qarşı qayda pozuntusunu qeydə ala bilərdi. Referi çox sərt idi. Eyni epizodlarda “Qarabağ”ın əleyhinə, “Ayaks”ın lehinə qərarlar verirdi. Hakim özünü hollandlara, “Ayaks”a göstərirdi.

Qurban Qurbanovun çox yaxşı bir sözü var: “Klub olaraq böyüməliyik”. Bəli, böyüməliyik ki, bizimlə də hesablaşsınlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!