“Qarabağ”ın qələbəsi “Braqa”nı qarışdırdı: Prezident əsəbləşdi 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın qələbəsi “Braqa”nı qarışdırdı: Prezident əsəbləşdi 

İdman

17 Fevral 2024 12:39 1056


Portuqaliyanın “Braqa” klubunun prezidenti Antonio Salvador UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a 2:4 hesablı məğlubiyyətə görə komandasını tənqid edib. 

Yenisabah.az xarici KİV-lərə istinadən xəbər verir ki, futbol funksioneri Braqadakı oyunun ardından komandanın paltardəyişmə otağına yollanıb. 

Klub prezidenti orada yüksək səslə futbolçuları tənqid edib, onlara sərt mesajlar verib. Komandanın sərgilədiyi oyundan narazılığını dilə gətirən Solvador, Portuqaliya çempionatının növbəti matçında və “Qarabağ”la cavab görüşündə qarşılarına qələbə tələbi qoyub.  Sezar pizza

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!