“Qarabağ“ın qrupdakı son oyununun biletləri satışda 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın qrupdakı son oyununun biletləri satışda 

İdman

28 Noyabr 2023 13:08 936


Avropa Liqasının qrup mərhələsində dekabrın 14-ü keçiriləcək “Qarabağ” - “Hekken” oyununun (saat 21:45) biletləri iticket.az-da satışa çıxarılıb.

Yenisabah.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir. 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 250 manatdır. pizza sifarişi

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Heydər Əliyev sarayının kassaları;

”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!