"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Aberdin" Ağdam təmsilçisi ilə ilk oyun üçün Bakıya yola düşüb.
Yenisabah.az xəbər verir ki, komandanın günün ikinci yarısında Bakıda olacağı gözlənilir. Avqustun 18-də isə baş məşqçi Stiven Qlassın mətbuat konfransı keçiriləcək. Tədbir saat 19:30-da başlayacaq.
Qeyd edək ki, avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Aberdin" oyunu saat 20:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 26-sı Şotlandiyada olacaq. pizza sifarişi
Mehri Qurban
Telegram kanalımız