“Qarabağ“ın rəqibi baş məşqçini istefaya göndərə bilər

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın rəqibi baş məşqçini istefaya göndərə bilər

İdman

08 Sentyabr 2022 17:31 965


"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Nant" baş məşqçisi Antuan Kombuare ilə yollarını ayıra bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Klub rəhbərliyi 58 yaşlı mütəxəssisin işindən narazı olduğu üçün Kombuare göndərilə bilər. Əgər "Nant" bu gün Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Olimpiakos"a qalib gəlməsə, Kombuare ilə yolların ayrılacağı gözlənilir.

Həmçinin "Nant"ın Liqa 1-də də işləri yaxşı getmir. Komanda hazırda 6 xalla 13-cüdür. "Nant" ilk 6 turda cəmi 1 qələbə qazanıb. Ağdam təmsilçisinin rəqibi son turda PSJ-yə böyük hesabla uduzub - 0:3. Dördpendirli pizza

Qeyd edək ki, "Nant"la "Qarabağ" arasında ilk oyun sentyabrın 15-də Bakıda, 2-ci görüş isə oktyabrın 27-də Fransada keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!