“Qarabağ”ın rəqibi bəlli oldu 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın rəqibi bəlli oldu 

İdman

18 Dekabr 2023 16:41 823


“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib. 

Yenisabah.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan çempionu Portuqaliya klubu “Braqa”ya rəqib olub. 

UEFA Çempionlar Liqasında yer aldığı qrupda üçüncü yeri tutan portuqallarla ilk görüş 2024-cü il fevralın 15-də səfərdə gerçəkləşəcək. Ağdam təmsilçisi fevralın 22-də Bakıda cavab qarşılaşmasına çıxacaq. Toyuqlu pizza

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında yer aldığı H qrupunu 10 xalla ikinci pillədə başa vurub.

Növbəti raundda üz-üzə gələcək cütlər aşağıdakılardır:

“Feyenoord” (Niderland) - "Roma" (İtaliya)

“Milan” (İtaliya) - "Renn" (Fransa)

“Lans” (Fransa) - "Frayburq" (Almaniya)

“Yanq Boyz” (İsveçrə) - "Sportinq" (Portuqaliya)

“Benfika” (Portuqaliya) - “Tuluza” (Fransa)

“Braqa” (Portuqaliya) - "Qarabağ" (Azərbaycan)

“Qalatasaray” (Türkiyə) - "Sparta" (Praqa, Çexiya)

“Şaxtyor” (Ukrayna) - "Marsel" (Fransa)

Bu mərhələnin oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!